• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Türkiyədə etiraz aksiyaları davam edir

  • Dünya
  • 15 Mart 2014 10:37
  • 415 Baxış
Türkiyədə etiraz aksiyaları davam edir

Ötən gecə Türkiyənin müxtəlif şəhərlərində etiraz aksiyaları davam edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Türkiyənin "Sabah" qəzeti xəbər yayıb.

Qəzetin yazdığına görə, Ankarada və İstanbulda polislər aksiya iştirakçılarını qovublar və bu zaman su şırnaqlarından istifadə ediblər.

Martın 11-də Türkiyənin 32 şəhərində kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar ötən ilin mayında Taksim meydanında keçirilən mitinq zamanı başından yaralanmış 14 yaşlı Berkin Əlvanın ölümü ilə bağlı təşkil edilib. Bütün bu müddət ərzində komada olan Əlvan çərşənbə axşamı vəfat edib. ən irimiqyaslı aksiyalar İstanbul və Ankarada keçirilib.

Dünən İstanbulda bəzi nümayişçilər tərəfindən polisə atəş açılıb.

Daha sonra bildirilir ki, etiraz aksiyalarında iştirak edən 40 həddi-buluğa çatmamış yeniyetmə də saxlanılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR