İŞİD-in sərbəst buraxdığı türk işçilər Davudoğlu ilə danışdılar
Bizi izləyin

Dünya

İŞİD-in sərbəst buraxdığı türk işçilər Davudoğlu ilə danışdılar

Xəbər verdiyimiz kimi, İraqın paytaxtı Bağdadda qaçırılan 16 türk işçi 28 gündən sonra sərbəst buraxılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, işçiləri Türkiyənin Bağdaddakı səfirliyi təhvil alıb.

Türkiyənin baş naziri Əhməd Davudoğlu sərbəst buraxılan türk işçilərlə telefonla söhbət edib.

Qeyd edək ki, iki gün əvvəl türk işçilərin sərbəst buraxıldığını əks etdirən görüntülər sosial mediada yayılmış, amma iddia Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri tərəfindən təsdiq olunmamışdı.

Xatırladaq ki, türk işçilər sentyabrın 2-də Bağdadda hərbi forma geyən maskalı şəxslər tərəfindən qaçırılmışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm