“BMT və NATO məsələyə qan töküləndən sonra qarışırlar”
Bizi izləyin

Dünya

“BMT və NATO məsələyə qan töküləndən sonra qarışırlar”

“BMT və NATO məsələyə qan töküləndən sonra qarışırlar”

“Yaranmış vəziyyəti nəzərər alaraq Krım tatarları yarımadaya BMT-nin sülhməramlı qoşunlarının yeridilməsini tələb edirlər”.Publika.Az –ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, bu sözləri NATO-nun qərargahında keçirdiyi görüşlərdən sonra jurnalistlərə Krım tatarlarının lideri, Ukrayna parlamentinin deputatı Mustafa Cəmilov deyib.

NATO rəhəbrliyi ilə danışıqlar aparan M.Cəmilov əlavə edib ki, Qərbin daha ciddi reaksiyasına ümid edirdi.

“BMT və NATO-nun qoşunları həmişə məsələyə artıq qan töküləndən sonra qarışırlar. Biz isə istərdik ki, rusları qabaqlayaq. Biz istəyirik ki, bizi qırıb-tökməmişdən əvvəl qüvvə tətbiq olunsun. Problem də bundan ibarətdir. Bizə cavab verirlər ki, güc tətbiqindən söhbət getmir, Ukraynan ərazi bütövlüyünü tanımadığı halda Rusiyaya baha başa gələn sanksiyalar gündəmdədir. Əgər Rusiya bu sanksiyalardan doğan itkilərə hazır olub, Ukraynanın ərazisini zəbt edərsə? Bu suala mən cavab ala bilmirəm”, – Krım tatarlarının lideri söyləyib.

Xatırladaq ki, M.Cəmilov iki gün əvvəl verdiyi açıqlamasında Krım muxtar vilayətində yaşayan Krım tatarlarının separatçıların təyin etdiyi referendumu boykot edəcəyini bildirib. O, qeyd edib ki, Krımın statusundan narazı olanlar Kiyevlə danışıqlar aparmalıdır.

M.Cəmilov Krım tatarlarının yarımadanı kütləvi şəkildə tərk etməsi barədə BMT-nin Qaçqınlar üzrə Komissarlığın məlumatını təkzib edib. Krım Tatar Məclisinin keçmiş sədri Krım vilayəti ilə Ukraynanın digər regionların sərhədini keçən 379 Krım tatarının qeydə alındığını, onların isə əsasən qadınlar və uşaqlar olduğunu bildirib. M.Cəmilov Krım tatarlarının Stalinin dövründəki kütləvi sürgündən fərqli olaraq bu dəfə öz yurdlarını tərk etməyəcəyini deyib.

Rusiyanın dəstəklədiyi separatçıların isə ölkəni parçalamaq cəhdləri davam edir. Kırm referendumunun Xarkov, Luqansk və Donetsk vilayətlərində də keçirilməsi tələbləri səslənir.

Krımda bazar gününə təyin olunmuş referendum əleyhinə kütləvi etiraz aksiyası keçirilib. İnsanlar Ukrayna bayraqları ilə yarımadanın əsas avtomobil yolları boyunca düzülərək etiraz ediblər. Etiraz iştirakçıları “Referenduma boykot”, “Biz Ukraynayıq”, “Biz sülh tərəfdarıyıq” şüarları səsləndirib.

Rusiya və ABŞ xarici işlər nazirlərinin London görüşündən böyük gözləntilər olsa da 6 saatlıq danışıqlar nəticə verməyib. ABŞ Dövlət katibi Con Kerrinin Kerrinin sözlərinə görə, Lavrov ona referendumun nəticələri məlum olmayana kimi Rusiya prezidenti Putinin Krım barədə qərar qəbul etməyə hazır olmadığını deyib.

Danışıqlardan sonra Rusiya xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə bağlı ABŞ və Rusiyanın fikirlərinin üst-üstə düşmədiyini bildirib. O, Krımda keçiriləcək referendumun nəticəsinə Rusiyanın hörmət edəcəyini söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm