Kreml ABŞ-dan Suriyanı tərk etməyi tələb etdi
Bizi izləyin

Dünya

Kreml ABŞ-dan Suriyanı tərk etməyi tələb etdi

Rusiya məmurları ABŞ-dan Suriyanın hava məkanından Amerika təyyarələrinin təcili olaraq çıxarılmasını tələb ediblər.

Publika.az xəbər verir ki, bu barədə yüksək vəzifəli Amerika nümayəndəsinə istinadən “Fox News” telekanalı bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi qeyd edib ki, Rusiyanın döyüş təyyarələri hazırda Suriyanın hava məkanındadır.

Qeyd edək ki, bu gün Rusiya Federasiya Şurası Suriyada Rusiya silahlı qüvvələrindən istifadə haqqında prezident Vladimir Putinin müraciətini bəyənib. Kremlin mətbuat katibi Dmitri Peskov isə keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Suriyada legitim əsaslarla hərbi əməliyyatlar keçirən tək ölkə olacaq”.

“Üçüncü ölkənin ərazisində silahlı qüvvələrdən istifadə ya BMT, ya da ölkənin legitim hakimiyyətinin icazəsi əsasında ola bilər. Bu halda Rusiya Suriya ərazisində legitim əsaslarda döyüşən tək qüvvə olacaq. Biz ora Suriya prezidenti Bəşər Əsədin xahişi əsasında giririk”, - Peskov söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm