2030-cu ildə tamamlanacaq “Böyük Dəyişmə”, sərhədi dəyişəcək 22 dövlət... – ŞOK PLAN
Bizi izləyin

Dünya

2030-cu ildə tamamlanacaq “Böyük Dəyişmə”, sərhədi dəyişəcək 22 dövlət... – ŞOK PLAN

“Birinci Dünya Müharibəsində İngiltərə və Fransa Osmanlı imperiyasını parçaladı. Yaxın Şərq xəritəsini gələcəyin xaos planlarına yarayacaq, etnik və məzhəb qarşıdurmalarına yol açacaq şəkildə hazırladılar. İndi isə İKİNCİ BÖLÜNMƏ DÖYÜŞÜ gedir. Yeni xəritəni isə ABŞ və Rusiya çəkir”.

Publika.az xəbər verir ki, bu sözlər “Takvim” nəşrinin yazarı Bülənt Erandac “Şifrə 2030: istismarçı dövlətlərin Yaxın Şərq planı” başlıqlı yazısında yer alıb.

Onun sözlərinə görə, 2016-cı ildə Suriya xəritəsi üzərində iş aparılacaq. Bülənt Erandac Rusiyanın Tartus bazasının qorunacağını, Suriyada İraqda olduğu kimi federal sistemin yaradılacağını bildirib. Yazar 4 federal dövlət və mərkəzi Dəməşq olan YENİ SURİYA FEDERASİYASI-nın yaradılacağını qeyd edib.

Bülənt Erandac ABŞ-ın ən nüfuzlu düşüncə mərkəzlərindən olan “Brookings Institution” (ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) kölgəsi hesab olunur. Ən böyük maliyyəçiləri arasında Bill Qeyts Fondu və sionizmin bayraqdarlarından olan milyarder Devid Rubinstayn var) muxtar subyektlərdən yaradılacaq Suriya ilə bağlı hesabatı mətbuata sızdırıb. İddiaya görə, konfederasiya beynəlxalq sülhməramlılar tərəfindən dəstəklənəcək.

Bülənt Erandac Suriya ətrafında baş verənlərlə əlaqədar aşağıdakı parametrlərə diqqət çəkir:

1. Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Suriya mövzusunda beş ölkənin - Rusiya, ABŞ, Türkiyə, İran və Səudiyyə Ərəbistanın açaq mövqedə olduğunu bildirib.

2. Obama və Putin ortamüddətli razılaşma üzərində işləyir. Rusiya lideri “Əvvəlcə İŞİD-i məğlub edək və Əsədin yer aldığı keçid hökumətini quraq. Daha sonra isə ABŞ və Rusiya ortaq qərarla Yeni Suriyanın idarəçilərini müəyyənləşdirsin” deyir.

3. CİA-nın başçısı Con Brennan 2030-cu ilə qədər Yaxın Şərqdə Böyük Dəyişmə-nin tamamlanacağını iddia edir.

Dünyanın ən nüfuzlu kəşfiyyat xidməti olan CİA-nın başçısının bu fikri ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Raysın 2003-cü ildə hazırladığı “Transforming The Middle East” (“Yaxın Şərqi çevirmək”) hesabatında da əksini tapıb. Keçmiş dövlət katibi “Mərakeşdən Bəsrə körfəzinə qədər Yaxın Şərqdə olan 22 dövlətin rəhbərliyi, sərhəd və xəritələri dəyişdiriləcək” ifadəsinin məzmunu “Yaxın Şərqdə Böyük Dəyişmə” ilə tamamilə eynidir.

“Türkiyənin 2023-cü il strategiyası çox əhəmiyyətlidir. Əgər 2023-cü il hədəfinə çatsaq, “2030-cu il YENİ YAXIN ŞƏRQ XƏRİTƏ”si çəkilən masada şübhəsiz ki, Yeni Türkiyə olacaq. Bu situasiyanı yaxşı oxuyan prezident Rəcəb Tayyib Ərdoğan yeni Suriya tənliyində söz sahibi olmaq istəyir. Bu baxımdan Ərdoğanın Cerablus strateji hücumu Türkiyə üçün həyati əhəmiyyət daşıyır. 1 noyabr və 2019-cu il prezidentlik seçkilərinin Türkiyə üçün nə qədər həyati əhəmiyyət daşıdığı da məlumdur. Türkiyənin 2023-cü ildə hədəflərinə çatması təmin edilməlidir”, - Bülənt Erandac yazını yekunlaşdırıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm