Rusiya ABŞ-ın yolu ilə: qırıcılar İŞİD-lə dinc sakinləri səhv saldı
Bizi izləyin

Dünya

Rusiya ABŞ-ın yolu ilə: qırıcılar İŞİD-lə dinc sakinləri səhv saldı

Xəbər verildiyi kimi, Suriyaya göndərilən Rusiya qırıcıları bu ölkədə hərbi əməliyyatlara başlayıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD terror təşkilatının mövqelərini vurmağa başladığını açıqlayıb.

Amma Suriyadakı yerli mənbələrdən əldə olunan məlumata görə, aviazərbələr endirilən Xüms çölünün Telbida yaşayış məntəqəsində nə İŞİD, nə də “Əl-Nüsra” Cəbhəsinin qüvvələri var. Bildirilir ki, aviazərbələr nəticəsində həyatını itirənlərin hamısı dinc sakinlərdir.

İlkin məlumatlara görə, 16 nəfər ölüb, 30-u yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm