Rusiya ordusunun Donbasda hərəkət marşrutları - FOTOSXEM
Bizi izləyin

Dünya

Rusiya ordusunun Donbasda hərəkət marşrutları - FOTOSXEM

Sosial şəbəkələrdə Rusiya ordusunun Ukraynanın şərqindəki əməliyyatlarda iştirakı ilə bağlı fotosxem yayılıb.

Publika.az xəbər verir ki, fotosxemdə rus hərbçilərinin Ukraynaya hansı hərbi hissələrdən göndərildiyi və Donbasın hansı yaşayış məntəqələrində döyüşdüyü əksini tapıb.

Qeyd edək ki, Moskva Qərb dövlətləri və Kiyevin iddialarının əksinə olaraq, Donbasda Rusiya ordusunun olmadığını bildirir. Rusiyanın iddiasına görə, söhbət yalnız Donbasda könüllü şəkildə döyüşən vətəndaşlarından gedə bilər.

Amma Ukrayna prezidenti Pyotr Poroşenko Müstəqillik Günü (avqustun 24-ü) ilə bağlı Kiyevin mərkəzində keçirilən tədbirdə Donbas hövzəsindəki və şərq sərhədlərdəki Rusiya hərbçilərinin sayını açıqlayıb. Poroşenkonun sözlərinə görə, Rusiya-Ukrayna sərhədində 50 mindən artıq rus hərbçisi var. Dövlət başçısı qeyd edib ki, işğal edilmiş ərazilərdə 40 mindən çox rus hərbçisi var və onlardan 9 mini ali hərbi təhsillidir. Poroşenko Donbas hövzəsindəki əməliyyatlara birbaşa olaraq həmin zabitlər tərəfindən rəhbərlik edildiyini deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm