Rusiya qırıcıları Suriyada müxalifəti bombaladı – 32 ölü
Bizi izləyin

Dünya

Rusiya qırıcıları Suriyada müxalifəti bombaladı – 32 ölü

Ötən gündən etibarən Suriyada İŞİD-ə qarşı hərbi hava əməliyyatlarına başlayan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar prezident Bəşər Əsədə müxalif olan Azad Suriya Ordusunun üzvlərini bombalayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya qırıcıları Xüms şəhərini bombalayıb.

Azad Suriya Ordusunun yaydığı bəyanata görə Xüms şəhərinin bombalanması nəticəsində onlarla Suriya müxalifətçisi həlak olub.

Suriya Koordinasiya Komitəsinin yaydığı bəyanatda isə deyilir ki, rus qırıcıları Xüms və Xama şəhərlərində müxalifətin nəzarət etdiyi bölgələri bombalayıb. Bombardman nəticəsində 32 dinc sakin həlak olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm