• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün ...”

  • Dünya
  • 15 Mart 2014 11:51
  • 422 Baxış
“Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün ...”

Vaşinqtonda yerləşən Hudson İnstitutunun eksperti David Satter “Amerikanın səsi” radiosuna müsahibəsində Rusiyanın Krıma hərbi müdaxiləsini şərh edib.

Publika.Az – ın verdiyi xəbərə görə, ekspert Rusiya prezidenti Vladimir Putinin Krımı zəbt etməklə öz siyasi reytinqini qaldırmağa və Ukraynada baş verdiyi kimi hakimiyyətdə olan kriminal oliqarxiyaya qarşı xalq inqilabının qarşısını almağa can atdığını bildirir.

D.Satter hesab edir ki, Ukraynada hakimiyyətdə olmuş kriminal oliqarxiya Rusiyanı hazırda idarə edən kriminal oliqarxiyaya çox oxşardır. “Rusiya rəsmiləri qonşu ölkədə xalq inqilabı, anti-kriminal inqilab görmək istəmirlər, çünki bu olay rus xalqının özü üçün bir örnək ola bilər”, - ekspert qeyd edir.

Hudson İnstitutunun eksperti Krımı ələ keçirməklə Rutinin qısa müddət ərzində rus ictimaiyyətinin dəstəyini qazanmağa çalışdığını bildiri:

“Ona görə də o, Krımı zəbt etməkdə maraqlıdır. Hər halda Rusiya ərazi baxımdan korluq çəkmir. Amma bu növ hərəkətlər rus ictimaiyyəti arasında populyardır. Məsələn, 2008-ci ildə Rusiya Gürcüstanı zəbt edəndə, o vaxtkı prezident Dmitri Medevedevin reytinqləri xeyli yüksəlmişdi. Bu, rejimi gücləndirməyin yollarından biridir”.
Bir neçə gün bundan əvvəl “İctimai rəy” Fondunun sosioloji tədqiqatının nəticələri də ekspertin iddiasını gücləndirir. Sorğunun nəticələrinə görə, Putinin reytinqinin rekord səviyyəyə qalxıb. “Ən yaxın bazar günündə keçiriləcək prezident seçkilərində kimə səs verərsiniz” sualına respondentlərin 53 faizi “Vladimir Putin” cavabı verib. Halbuki, bir həftə əvvəl Putinin seçki reytinqi 48 faiz idi. “İctimai rəy” Fondunun məlumatına görə, son bir il ərzində hazırkı prezidentin reytinqi orta hesabla 45-47 faiz olub.

Tədqiqata əsasən, əhalinin 67,7 faizi dövlət başçısının fəaliyyətinin razıdır. Fevral ayının ortalarında isə bu göstərici 61,9 faiz idi.

Postsovet respublikaların narahatlığı üçün ciddi əsasların olub-olmamasına gəlincə, D.Satter hesab edir ki, müəyyən mənada Baltlikyanı respublikalar NATO-ya daxil olmaqla bu problemi həll ediblər. “Amma oxşar imtiyaza malik olmayan ölkələr üçün bu, problemdir. Məsələn, Qazaxıstanın şimalında ruslar məskunlaşıb. Sabah Rusiyanın şimali Qazaxıstana girib orada referendum keçirib həmin ərazini ilhaq etməyəcəyinə kim zəmanət verə bilər? Bu presedent sabiq Sovet respublikaları, o cümlədən Rusiyanın özü üçün çox təhlükəlidir. Əgər Rusiya belə davrana bilərsə, onda niyə Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün Rusiyaya hərbi müdaxilə etməsin?” – ekspert söyləyib.

D.Satter V.Putinin davranışının sələflərinin davranışı ilə üst-üstə düşdüyünü deyib:

“Onlar həmişə başqa ölkələri xilas etmək üçün onları zəbt edirlər. Ruslar bunu Macarsıtanda, Çexoslovakiyada etdilər. Onlar Əfqanıstanı xarici qüvvələrdən qorumaq üçün zəbt etmişdilər, halbuki xarici qüvvə elə onların özləri idi. Onları Osetiyanı Gürcüstandan xilas etdilər. İndi də Krımı ukraynalılardan xilas etmək istəyirlər. Halbuki rusların təxəyyülündən başqa heç bir yerdə Krımda rusların hüquqlarının pozulmasına dair dəlil yoxdur. Rusiya daim sərhədlərini genişləndirmək üçün bu bəhanədən istifadə edib”.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR