İranlı zəvvarlar Mədinədə etiraza başladılar – FOTOLAR
Bizi izləyin

Dünya

İranlı zəvvarlar Mədinədə etiraza başladılar – FOTOLAR

Mədinə şəhərində dünyanın ən böyük məscidi olan Həzrəti Məhəmmədin məzarının yerləşdiyi Mescid-i Nebevidə bir qrup İrandan olan zəvvar kütləvi etiraz aksiyası keçirməyə cəhd edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı polisi aksiya barəsində əvvəlcədən məlumatlandırılıb və mitinqin qarşısı alınıb.

Səudiyyə polisi iranlı zəvvarların aksiyasının qarşısını almaq üçün ciddi tədbirlər görüb. Polis məscidləri dərhal boşaltdırıb, yalnız namaz qılan şəxslər saxlanılıb. Bundan əlavə, məscid ətrafında polislərin sayı artırılıb.

Xatırladaq ki, İrandan olan hacılar Mina faciəsində həlak olan iranlı zəvvarların ölüm sayının Ərəbistan hökuməti tərəfindən gizlədilməsinə etiraz ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm