Pxenyan Vaşinqtona sülh təklif etdi
Bizi izləyin

Dünya

Pxenyan Vaşinqtona sülh təklif etdi

Şimali Koreya ABŞ-a sülh müqaviləsi imzalamağı təklif edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təklifi Şimali Koreyanın xarici işlər naziri Yon Suyu BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxışında səsləndirib.

Onun sözlərinə görə, Koreya yarımadasında gərginliyin azaldılması üzrə səylərdə Koreya Xalq Demokratik Respublikasının iştirakı üçün bu, əsas şərtdir. Şimali Koreyanın baş diplomatı təklifini “ən yaxşı variant” adlandırıb.

Nazir çıxışında Cənubi Koreyanın ünvanına ittihamlardan çəkinib. Ancaq o, Cənubi Koreyanın və ABŞ-ın birgə təlimlərini xatırladaraq bildirib ki, bu təlimlər hər dəfə Koreya yarımadasını müharibə həddinə gətirir.

Qeyd edək ki, Koreya yarımadasındakı iki dövlət 1950-1953-cü illərdəki silahlı konfliktdən bu yana müharibə vəziyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm