Dünya
Lukaşenko oğlunu BMT-yə aparmasının səbəbini AÇIQLADI
Belarus prezidenti Aleksandr Lukaşenko 11 yaşlı oğlunu BMT-nin Baş Assambleyasına aparmaqla bir çox siyasətçiləri təəccübləndirib.
Balaca Kolya və atası hətta Barak və Michele Obamalarla şəkil də çəkdiriblər.
Amma atası Kolyanı Nyu Yorka təkcə dondurma yemək üçün aparmayıb. Lukaşenkonun məktəb yaşlı övladı Baş Assambleyada dünya liderləri ilə bir masa arxasında da oturub.
Xarici agentliklər yazırlar ki, BMT səfəri Kolyanın ilk siyasi missiyası olmayıb. Böyüklər kimi rəsmi kostyum və qalstuk geyinən Nikolay Lukaşenko atasını bir çox səfərlərdə müşayiət edir.
O Pekində keçirilən qələbə paradına da hökumət tribunasından atası ilə birlikdə tamaşa edib.
Bəziləri deyirlər ki, Aleksandr Lukaşenko oğlunu öz siyasi varisi kimi görür. Lukaşenkonun özü 2012-ci ildə BBC-yə verdiyi müsahibədə bu söz-söhbətləri əsassız adlandırıb. O izah edib ki, uşaq ona çox bağlıdır və onsuz heç yatmağa da getmir. Bəzi təhlilçilər Kolya Lukaşenkonun, ümumiyyətlə məktəbə getməsinə şübhə edirlər. Belarus müxalifətinin Belsat telekanalı bildirir ki, uşaq artıq xeyli dərs buraxıb.
Bütün bunlar hələ 2005-ci ildə Bush tərəfindən “Avropanın sonuncu diktatoru” adlandırılmış Aleksandr Lukaşenko barədə yeni mülahizələrə səbəb olur. Prezidentin sonbeşiyi olan Kolya, deyilənlərə görə, Lukaşenko ilə şəxsi həkimi arasındakı nikahdankənar münasibətlər nəticəsində doğulub.
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL