ABŞ-ın şərq sahillərinə güclü qasırğa gəlir
Bizi izləyin

Dünya

ABŞ-ın şərq sahillərinə güclü qasırğa gəlir

ABŞ Milli Qasırğa Mərkəzi bildirib ki, 4-cü kateqoriyalı Hoakin qasırğası Baham adalarının insanların az yaşadığı ərazilərində daşqınlara səbəb olub.

Mərkəz bildirib ki, daşqınlar daha da çox ərazini təsirinə məruz qoya bilər. Hoakin saatda altı kilometr sürətlə irəliləyərək silsilə adaların üzərindən keçsə də, küləyinin sürəti saat 215 kilometrdir.

Milli Qasırğa Mərkəzi bildirib ki, qasırğa sürətini artıraraq növbəti günlərdə şimala, ABŞ-ın ştatlarına doğru irəliləyəcək.

Bu, 2015-ci ildə Atlantik okeanında üçüncü belə qasırğadır. Şimala doğru istiqamət almazdan əvvəl qasırğanın San Salvador, Kat və Rum adalarını təsirinə məruz qoyacağı ehtimal edilir.

Şərq sahillərindəki ştatlarda ABŞ rəsmiləri qasırğaya hazırlıqlar görməyə başlayıb. Qasırğanın gələn həftənin əvvəli bu ştatlara çatacağı gözlənilir.

Üç il əvvəl Sendi qasırğası Nyu-York və Nyu-Cersi ştatlarını vuraraq 120-dən çox insanın ölümünə səbəb olmuş və ştatlara təxminən 70 milyard dollar dəyərində ziyan vurmuşdur. Qasırğanın ABŞ-ın Virginia ştatında hərbi obyektlərlə yanaşı, Vaşinqton, Baltimor və Filadelfiya şəhərlərini də vuracağı ehtimal edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm