Rusiya baş naziri Suriyadakı əməliyyatın məqsədini açıqladı
Bizi izləyin

Dünya

Rusiya baş naziri Suriyadakı əməliyyatın məqsədini açıqladı

Rusiya baş naziri Dmitriy Medvedev Rusiyanın Suriyadakı əməliyyatlarının öz ölkəsinin vətəndaşlarını terror təhdidindən qorumaq üçün təşkil olunduğunu deyib.

Publika.az xəbər verir ki, Medvedev "Rossiya 24" tv kanalına verdiyi açıqlamada ölkənin müdafiə xərclərinin az olmadığını diqqətə çatdırıb: “Bu xərclər ölkəmizin mövcud vəziyyəti və silahlı qüvvələrinin yenidən qurulması ilə bağlıdır”.

Baş nazir Rusiyanın terrorla mübarizədə təcrübələri olduğunu bildirib: “Rus xalqını terror təhdidindən qoruyuruq, çünki ölkə daxilində terrorla mübarizə aparmaqdansa, sərhədlərimiz xaricində mübarizə daha yaxşıdır. Eyni zamanda, vəsaitimiz Suriyada Rusiyanın reallaşdırdığı vəzifə kimi digər hərbi işlərimizi də yerinə yetirmək üçün kifayətdir”.

Rübabə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm