Rusiya daxilində ““Beşinci kolonna” yaranır
Bizi izləyin

Dünya

Rusiya daxilində ““Beşinci kolonna” yaranır

Putinə qarşı ölkə daxilində ““Beşinci kolonna” yaranır

Rusiyanın 90 hüquq müdafiəçisi, mədəniyyət xadimi və jurnalisti Krımda baş verənləri müzakirə etmək üçün “ziyalılar konqresi” keçirmək təklifini dəstəkləyiblər.

Publika.Az – ın verdiyi xəbərə görə, bu barədə təşəbbüs qrupunun cümə axşamı “Novaya qazeta”nın saytında dərc olunmuş müraciətində deyilir.

“Yaranmış vəziyyətdə hakimiyyətin yeritdiyi siyasətlə razı olmayan ziyalıların rəyi daha aydın və ucadan çatdırılmalıdır”, - müraciətdə qeyd olunub. Keçiriləcəyi yeri və vaxtı hələ məlum olmayan tədbirə Ukrayna ziyalılarının dəvət olunacağı da nəzərdə tutulur.

“Biz konqresi Rusiyada baş verən proseslərə mümkün qədər çox təsir etmək üçün, əgər alınsa, gələn həftə keçirmək istəyirik”, - BBC-nin rus Xidmətinə təşəbbüsün müəlliflərindən biri, hüquq müdafiəçi Lev Ponomaryov deyib.

Konqres təşəbbüsçülərinin yazdığına görə, məqsəd Putinlə razı olmayan ziyalıların mövqeyini çatdırmaqdır. Müraciəti imzalamış 90 nəfər arasında hüquq müdafiəçi Lyudmila Alekseyeva, animasiya rejissoru Qarri Bardin, yazıçılar Andrey Bitov və Lyudmila Uritskaya, aktyorlar Mixail Yefremov və Aleksandr Filippenko, aktrisa Liya Axedjakova, musiqiçi Andrey Makareviç, habelə rejissor Eldar Ryazanov da var.

“Beşinci kolonna” və ”faşist”?

“Rusiya sürətlə, ağır nəticələrinin qabaqcadan təsəvvür edilməsi mümkün olmayan yeni soyuq müharibəyə doğru yuvarlanır. Rusiyanın bütün dövlət KİV-lərindən durmadan yalan və dezinformasiya seli axır”, - müraciətdə deyilir. Konqresin təşəbbüsçüləri hesab edir ki, onun nəticələrindən biri də Krımın işğal edilməsi ilə razılaşmama və “təbliğat isteriyasına” son qoymaq tələbi olmalıdır, onun təşəbbüsçüləri hesab edir.

”Bütün razı olmayanlar fərqinə varmadan rüsvay edilir, “beşinci kolonna” və ”faşist” adlandırılır. Razı olmayan isə az deyil. Politoloqların, iqtisadçıların, siyasətlə peşəkarcasına məşğul olan insanların, eləcə də az-çox ictimai sayıqlıq hissi olan adamların Rusiyanı əsl iqtisadi, siyasi, humanitar faciənin gözləməsi haqda xəbərdar etdiklərini görmək üçün senzura altında olmayan KİV-ləri və sosial şəbəkələrdə çoxsaylı mülahizələri oxumaq kifayətdir”, - müraciətin müəllifləri qeyd edir.

Referenduma aidiyyəti yoxdur

Lev Ponomaryovun sözlərinə görə, müraciət müəllifləri Rusiya hakimiyyəti, qismən tanınmış Krım hakimiyyəti və Ukraynanın yeni hakimiyyəti ilə dialoqda iştirak etməyə hazırdırlar.

Ukrayna ziyalılarından kimin müharibə əleyhinə konqresdə iştirak etmək üçün Rusiyaya gələcəyi hələ məlum deyil. Ponomaryovun sözlərinə görə, tədbir yenicə düşünülüb və onun detalları hələ götür-qoy edilməyib. Onun fikrincə, konqres keçirilən vaxtadək Krımda Rusiyaya birləşmək haqqında referendum başa çatmış olsa da, bu tədbirin aktuallığını azaltmırr.

”Biz artıq demişik ki, avtomat lülələri altında referendum mümkün deyil. Lakin həyatda belə də olur. Çeçenistanda avtomat lülələri altında belə bir referendum 2003-cü ildə olub . Biz artıq hətta nəticələri bilirik, lakin bu, o demək deyil ki, Rusiya Krımı öz tərkibinə daxil etməlidir”, - Ponomaryov qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm