Əsədin beli qırıldı: əməliyyat komandiri öldürüldü
Bizi izləyin

Dünya

Əsədin beli qırıldı: əməliyyat komandiri öldürüldü

Suriyada müxalif Şərq Cəbhəsinə bağlı birliklərlə Əsəd ordusunun toqquşmasında polkovnik Samir əl-Hatum öldürülüb.

Axar.az xəbər verir ki, “Anadolu” agentliyi əməkdaşının yerli qaynaqlardan aldığı məlumatda Deradakı Şərq Cəbhəsinə bağlı birliklərin “Sədrəddinləri müjdələ” adı ilə başladığı əməliyyatda Kuneytranın şimalında ələ keçirdikləri Tel Əhmərdə Əsəd ordusunun əməliyyat komandiri polkovnik Samir əl-Hatumun öldürüldüyü bildirilir.

Xatırladaq ki, Şərq Cəbhəsi birlikləri Əsəd ordusu ilə şiddətli savaşdan sonra strateji əhəmiyyətli Tel Əhmər bölgəsini ələ keçirmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm