Xamneyi 630 məhkumu əfv edib
Bizi izləyin

Dünya

Xamneyi 630 məhkumu əfv edib

İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi bir qrup məhkumu əfv edib.

Bu barədə Ali Rəhbərin dəftərxanasından məlumat verilib. Məlumatda bildirilir ki, ümumi məhkəmələr, inqilab məhkəmələri və hərbi tribunal tərəfindən məhkum edilmiş 630 nəfərin Qurban və Qədir-Xum bayramları münasibətilə əfv edilməsi haqqında Ali Rəhbərə müraciət daxil olub.

İranın məhkəmə hakimiyyətinin amnistiya və əfv komissiyası tərəfindən aparılan araşdırma nəticəsində 630 məhkumun bağışlanması və cəzasının yüngülləşdirilməsi barədə təklif hazırlanaraq Ali Rəhbərə təqdim edilib.

Humanizm və insanpərvərlik prinsiplərini əsas götürən Ali Rəhbər Ayətullah Əli Xamneyi məhkumları əfv edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm