60 uçuş, 50 hədəf: Rusiya hava zərbələrini intensivləşdirəcək
Bizi izləyin

Dünya

60 uçuş, 50 hədəf: Rusiya hava zərbələrini intensivləşdirəcək

Rusiyanın Suriyadakı təyyarələri sentyabrın 30-dan 60 dəfə uçuş həyata keçirib.

Publika,az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general Andrey Kartapolov belə deyib. Onun sözlərinə görə, Rusiya Suriyada hava zərbələrini bir az da intensivləşdirməyi planlaşdırır.

“Biz nəinki hava hücumlarını davam etdirəcəyik, hətta onların intensivliyini daha da artıracağıq”, - general əlavə edib.

O, hücumlarda İŞİD-in 50-dən artıq obyektinin hədəfə alındığını söyləyib. Kartapolov təxminən 600 yaraqlının öz mövqeyini tərk edərək, Avropaya qaçmağa çalışdığını da bildirib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqları Təşkilatı isə son 4 gündə Rusiyanın Suriyadakı hava zərbələri nəticəsində 8-i uşaq, 8-i isə qadın olmaqla azı 39 mülki şəxsin həlak olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm