Torpaq altında ölənlərin sayı 86-ya çatdı
Bizi izləyin

Dünya

Torpaq altında ölənlərin sayı 86-ya çatdı

Qvatemala tarixində ən qorxunc təbii fəlakətlərdən birinin nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Santa-Katarina-Pinula rayonunda torpaq sürüşməsinin qurbanları 86-ya çatıb.

Daha əvvəlki açıqlamada 73 nəfərin həyatını itirdiyi bildirilirdi. Məlumata görə, 125 ev torpaq və daş uçqunu altında qalıb.

İtkin düşənlərin sayı haqqında dəqiq məlumat yoxdur. Amma xilasedicilər hesab edirlər ki, təxminən 300 nəfərdən xəbər yoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm