Dünya
Minskdə Putinin layihəsinin əleyhinə aksiya keçirildi
Minskdə Rusiya hərbi bazasının Belarusda yerləşdirilməsinə etiraz olaraq aksiya keçirilib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, müxalifətin qırmızı-ağ bayraqları və Avropa Birliyinin bayraqları ilə təxminən 150 nəfər Azadlıq meydanına toplaşıb.
Aksiya iştirakçıları meydana üzərində “Bizə sülh səması lazımdır!” və “Müharibəyə xeyr!” şüarları yazılmış plakatlar gətiriblər.
Sentyabrın sonunda isə bir sıra müxalifət siyasətçiləri “Yad hərbi bazalarsız Belarus üçün” bəyanatını imzalayıb. “Rusiya hərbi bazasının Belarus ərazisində yerləşdirilmə haqqında müqavilə yaxın vaxtlarda imzalana bilər. Bu çox zərərli addımdır. Müdavilə müstəqilliyin itiirilməsinə gətirib çıxara bilər”, - sənəddə deyilirdir.
Xatırladaq ki, ötən ayı Rusiya prezidenti Vladimir Putin Belarusda
təyyarə bazasının yaradılması barədə göstəriş verib.Dövlət başçısı
Xarici İşlər və Müdafiə nazirliklərinə Minsklə lazımı danışıqlara
başlamağı tapşırıb.
Hələ 2014-cü ilin yayında Rusiyanın "Su-27" qırıcılarının Bobruysk aerodromunda yerləşdirəcəyi barədə informasiya yayılıb. Baranoviçi bazasında isə "Su-27" qırıcıları çoxdan yerləşdirilib. Su-27 qırıcıları çoxməqsədli və hər cür hava şəraitinə uyğun qırıcıdır. Sözügedən qırıcılar Rusiya Hərbi Hava Qüvvələrinin əsas zərbə qüvvəsini təşkil edir.
Hərbi analitiklər hesab edirlər ki, Belarus Rusiyanın Qərblə qarşıdurmasında strateji müharibə meydanı rolu oynaya bilər. “Belarus Security Blog” analitik layihəsinin rəhbəri Andrey Porotnikovun sözlərinə görə, Rusiyanın “S-400” zenit-raket kompleksi, “İsgəndər-M” raket kompleksləri və “Su-34” qırıcıları Moskvanın gücünün əsası olacaq. O, Kremlin müharibə meydanı kimi Belarusdan NATO-çuları bu silahlarla hədələməyə başlayacağını bildirir.
Ekspert mümkün ssenarini də səsləndirir: “Belovejski meşəsində
yerləşdirilən “S-400”lər Polşa ərazisi üzərində Amerika raketlərini
vuracaq”.
O, “İsgəndər”lərin hər cür hava şəraitində belə düşmən raketlərini
məhv etməyə qadir olan yüksək dəqiqlikli silah olduğunu
xatırladır.
Ömər Dağlı
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı