Fransua Olland: “Rusiya bizim müttəfiqimiz deyil”
Bizi izləyin

Dünya

Fransua Olland: “Rusiya bizim müttəfiqimiz deyil”

“Hazırda Rusiya terrorla mübarizədə bizim müttəfiqimiz deyil. Ancaq bir gün bizimlə eyni mövqedə olacaq, siyasi danışıqlar masasına oturacaq”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, belə bəyanatla Fransa prezidenti Fransua Olland çıxış edib.

Onun sözlərinə görə, Rusiya Suriyada İŞİD-lə deyil, Bəşər Əsədə müxalif qüvvələrlə müharibə aparır. F.Olland deyib ki, Rusiya İŞİD-i vurarsa, o zaman Fransanın müttəfiqi olar: “Arzu edirəm ki, Rusiya ancaq İŞİD-lə müharibə aparsın”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm