• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ Türkiyə-Suriya sərhədində kürdlərlə hücuma keçir

  • Dünya
  • 5 Oktyabr 2015 11:00
  • 1 287 Baxış
ABŞ Türkiyə-Suriya sərhədində kürdlərlə hücuma keçir

ABŞ-ın başçılıq etdiyi koalisiya Suriyada “İslam dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizəni aktivləşdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, “New York Times” nəşri bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Ağ Evdəki mənbələrə istinadən bildirib.

Vaşinqtonun planlarında Suriyanın şimal-şərqində yeni cəbhənin açılması var. Burada İŞİD-in de-fakto paytaxtı Rakka şəhəri yerləşir. Nəşrin məlumatına görə, ABŞ prezidenti Barak Obama hücum əməliyyatının sürətlənməsinə xidmət edəcək iki planı bəyənib. Birinci addım Suriya müxalifətinin bəzi güclərinə döyüş sursatlarının birbaşa çatdırılmasıdır. İkinci addım isə İŞİD-in mövqelərinə endiriləcək aviazərbələrin artırılmasıdır.

Koalisiya aviasiyasının dəstək verəcəyi Rakkaya hücum əməliyyatına 20 minə yaxın kürd və 5 minə qədər müxalifət döyüşçüsü cəlb ediləcək. Vaşinqtonun fikrincə, əməliyyat həmçinin İŞİD-in “təchizat aldığı” Türkiyə-Suriya sərhədini nəzarət altına almağa imkan verəcək.

“New York Times”in yazdığına görə, əməliyyat Rusiya ilə uyğunlaşdırılmayıb. Nəşr qeyd edir ki, Rakkanın tutulması əməliyyatın son məqsədi deyil. Sonrakı mərhələ barədə isə heç bir açıqlama verilmir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR