“Krım yalnız başlanğıcdır, Moskva…”- Proqnoz
Bizi izləyin

Dünya

“Krım yalnız başlanğıcdır, Moskva…”- Proqnoz

“Krım yalnız başlanğıcdır, Moskva…”- Proqnoz

“Krımın Rusiyaya birləşməsi həll edilmiş məsələdir. Bunun qarşısını almaq daha mümkün deyil”.

Publika.Az – ın “RBK-Ukrayna” saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Deutsche Welle” qəzetinə açıqlamasında Almaniya hökumətinin Rusiya Federasiyası ilə münasibətlər üzrə səlahiyyətli nümayəndəsi, Xarici İşlər Nazirliyində Rusiya-Almaniya əməkdaşlığının koordinatoru Qernot Erler deyib.

Alman diplomat Rusiya tərəfindən bu məsələnin çoxdan həll edildiyini bildirib. O, ehtimal edir ki, Moskva Krımın ardınca Ukraynanın digər regionlarını da Rusiyaya birləşdirə bilər. “Moskva Ukraynanın yeni hakimiyyətinin qərbyönümlü xarici siyasət kursuna mane ola bilmir. Rusiya prezidenti Vladimir Putin də heç olmasa Ukraynanın bir hissəsini Avrasiya İttifaqının tərkibinə daxil edə bilər. Güman etmək olar ki, Krım yalnız başlanğıcdır”, - Q.Erler söyləyib.

O qeyd edib ki, Moskva Ukraynada vəziyyətin sabitləşməsində maraqlı deyil:“Bugünkü Rusiya hökuməti heç bir halda Ukraynanın yeni hakimiyyətin uğurunu qəbul etmək istəmir. Rusiya fikirləşirsə ki, Avropa İttifaqı ölkələri daha sərt sanksiyaların qəbulu haqqında razılığa gələ bilmir, bu sadəlövhlükdür. Əgər Rusiya öz siyasətini davam etdirərsə, o halda lazımı cavabı alacaq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm