Nobel mükafatının ilk laureatlarının adları açıqlandı
Bizi izləyin

Dünya

Nobel mükafatının ilk laureatlarının adları açıqlandı

2015-ci il üçün Nobel mükafatına layiq görülən ilk laureatların adı açıqlanıb.

Publika.az xarici mediaya istinadən verdiyi məlumata görə, ilk mükafatlar fiziologiya və tibb üzrə çalışan alimlərə verilib.

İrlandiyalı Uilyam Kempbell və yaponiyalı Satoşi Omura qurd-parazitlərin səbəb olduğu xəstəliklərin müalicəsinin yeni metodunun hazırlanmasına, çinli Yuyu Tu isə malyariyaya qarşı terapiyanın yaradılmasında verdiyi töhfəyə görə Nobel mükafatına layiq görülüb.

Çərşənbə axşamı fizikaya görə Nobel mükafatının laureatlarının adları elan ediləcək. Ədəbiyyat üzrə Nobel mükafatının sahibi isə oktyabrın 8-də məlum olacaq.

Bu həftə həmçinin Oslo şəhərində Nobel Sülh Mükafatına namizədlərin adları açıqlanacaq. Bundestaqın deputatları Almaniya kansleri Angela Merkelin Ukraynada böhranın aradan qaldırılması, bu ölkədə sülh yaratmaq səylərini nəzərə alaraq Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.

Merkellə yanaşı bu mükafata iddia edənlər arasında Roma Papası Fransisk, İran və ABŞ-ın xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Con Kerri də var.

Qaliblər Alfred Nobelin ölümünün ildönümündə - dekabrın 10-da mükafatlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm