Dünya
Paytaxt Tehranın köçürülməsi ilə bağlı xüsusi komitə təşkil olunub
İranın Daxili İşlər Nazirliyində paytaxt Tehranın köçürülməsi ilə bağlı komitə yaradılıb. Bunu İran parlamentinin Şuralar və daxili məsələlər üzrə komissiyanın sözçüsü Dəxil Abbas Zarenijad deyib.
Zarenijad deyib ki, bu komitəyə daxili işlər naziri Əbdürreza
Rəhmani-Fəzli başçılıq edəcək: "Komitə iki il ərzində paytaxt
Tehranın hara və necə köçürülməsi ilə bağlı araşdırma apararaq
köçürülmə planı hazırlayacaq".
Onun sözlərinə görə, parlamentdə paytaxt Tehranın köçürülməsi ilə
bağlı təsdiq olunmuş akta əsasən Daxili İşlər Nazirliyində komitə
təşkil olunub və komitənin işinin icrasına parlament nəzarət
edəcək.
Qeyd edək ki, 2013-cü ilin noyabr ayında İran Parlamentinin 50
nümayəndəsi ölkənin siyasi mərkəzinin Tehrandan başqa şəhərə
köçürmək aktının prioritet məsələ kimi müzakirəyə etmişdi.
Tehranın əhalisinin sürətlə artması və şəhərin zəlzələ zonasında
yerləşməsi nəzərə alınaraq bundan əvvəl paytaxtın köçürülməsi
haqqında təkliflər irəli sürülmüşdü. Rəsmi məlumatlara görə,
hazırda Tehranda 12-13 milyon nəfər yaşayır.
İranın sabiq Prezidenti Mahmud Əhmədinejadın hakimiyyəti dövründə
Tehranda yaşayan 200 min dövlət qulluqçusunun paytaxtdan
çıxarılması layihəsinin icrasına başlanılsa da, layihə yarımçıq
qaldı.
İran KİV-də bunan öncə paytaxtın Təbrizə köçürülməsi haqqında
xəbərlər yayılmışdı. Lakin hələlik paytaxtın hara köçürülməsi
barədə dəqiq məlumat verilmir.
İranda tez-tez güclü zəlzələlər baş verir. Son zamanlarda ən güclü
zəlzələ 2003-cü ilin dekabrında Kirman əyalətinin cənub-şərqində
yerləşən Bəm şəhərində baş verib. Zəlzələ nəticəsində 31 min insan
ölmüş və palçıqdan tikilən qədim qala dağılmışdı.
Ölkədə ən dağıdıcı zəlzələ 1990-cı ilin iyun ayında Rixter cədvəli
üzrə 7,7 bal gücündə baş verib. Zəlzələ nəticəsində 37 min insan
həlak olmuş, Gilan və Zəncan əyalətlərində isə 100 mindən çox insan
xəsarət almışdı.
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin119 Aprel 20:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil19 Aprel 20:40
Buraxılış imtahanının nəticələri açıqlandı