• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Putin doğum gününü buz üstündə qeyd edəcək

  • Dünya
  • 7 Oktyabr 2015 08:07
  • 479 Baxış
Putin doğum gününü buz üstündə qeyd edəcək

Rusiya prezidenti Vladimir Putin 63-cü doğum gününü Soçidəki Olimpiya parkında qeyd edəcək.

Publika.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Kreml rəhbəri axşam hokkey liqası matçlarının keçirildiyi parkda buz üstünə çıxacaq.

Bu səbəbdən də bəzi oyunçular prezidentə doğum günü hədiyyəsi etməyə hazırlaşırlar.

Rusiyanın Axşam Hokkeyi Komitəsindən bildiriblər ki, Putin oktyabrın 7-də doğum günü axşamını fəxri adlar almış idmançılarla, siyasətçilərlə, biznesmenlərlə Olimpiya parkında keçirəcək.

İkiqat olimpiya çempionu, prezidentlə buz üstünə çıxacaq Vyaçeslav Fetisov bildirib ki, bu jest prezidentə bütün dünya hokkeyindən hörmət əlamətidir.

Rusiya mətbuatı Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun, Tatarısanın dövlət başçısı Rüstəm Minnixanovun, Rusiya müdafiə naziri Sergey Şoyqunun, habelə biznesmen Arkadi və Boris Rotenberqin də ölkə lideri ilə buz üstündə birgə sürüşəcəklərini yazıb.

“Əsas odur ki, hokkey Vladimir Putinə zövq verir və biz bu hissi onunla birlikdə yaşayacağımızdan məmnunuq. Bu, onda daha yaxşı alınır” deyə idmançılardan biri bildirib.

Qeyd edək ki, Rusiya prezidenti ötən il 62 yaşını Sibir tayqasında, yaşayış məskənindən 300 kilometr məsafədə qeyd edib.

Bu arada onu da qeyd edık ki, 61 yaşını isə Asiya-Sakit Okeanı hövzəsi ölkələrinin iqtisadi əməkdaşlığı təşkilatının sammitində, Balidə qeyd edib. İndoneziya prezidenti Susilo Bambanq Yudoyno Rusiya rəhbərinin şərəfinə gitarada “Happy birthday to you” mahnısını ifa edib. Digər ölkələrin rəhbərləri isə bunu alqışlayıblar.

Rusiya prezidentinin mətbuat katibi Peskovun sözlərinə görə, dövlət başçısı, doğum günlərini, adətən, ya iş masası arxasında, ya da doğmalarının əhatəsində keçirir.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR