İŞİD məscidləri hədəf edir: terrorçulardan yeni taktika
Bizi izləyin

Dünya

İŞİD məscidləri hədəf edir: terrorçulardan yeni taktika

Publika.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi pilotsuz uçuş aparatları ilə çəkilən və İŞİD-in məscidlərin ətrafında aktivləşdiyini göstərən görüntüləri dərc edib.

“İŞİD rus qırıcılarının hədəfi olmaması üçün meşəlik ərazidə gizlədilən silah və sursatı məscidlərin ətrafına daşıyır. Terrorçular rus qırıcılarının heç bir zaman məscidləri vurmayacağını bilir”, - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Rusiyanın açıqladığı məlumata görə, 30 sentyabrdan bu yana həyata keçirilən əməliyyatlarda İŞİD-in 80-ə yaxın silah-sursat anbarı, sığınacağı və rabitə-komandanlıq nöqtələri məhv edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm