Türk professor Nobel mükafatı aldı - FOTO
Bizi izləyin

Dünya

Türk professor Nobel mükafatı aldı - FOTO

Kimya üzrə 2015-ci il Nobel mükafatının sahiblərinin adları açıqlanıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, kimya üzrə Nobel mükafatı alan 3 nəfər arasında türk alim Əziz Sancar da var.

Kimya üzrə digər Nobel mükafatçıları Tomas Lindal və Pol Modriçdir.

Xərçəng xəstəliyi mövzusunda əhəmiyyətli araşdırmaları ilə dünyada məşhur olan türk alim ötən il bu xəstəliyin müalicəsində “ritmik saat”' kəşfinə imza atıb.

Mardin vilayətinin Savur rayonunda dünyaya gələn alim İstanbul Tibb Universitetini bitirib. O, xarici ölkələrdə məşğul olduğu elmi işləri ilə Amerika Milli Elmlər Akademiyasına qəbul edilən üç türkdən biridir. Alim hazırda Şimali Karolina Universitetinin biokimya və biofizika fakültəsində müəllim işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm