6 min məhbus azad ediləcək...
Bizi izləyin

Dünya

6 min məhbus azad ediləcək...

ABŞ Ədliyyə Nazirliyi təxminən altı min məhbusu federal həbsxanalardan azad etməyi planlaşdırır.

Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, bu, ölkə tarixində ən böyük amnistiya olacaq.

Zorakı cinayətlərə görə həbs olunanlar amnistiyaya düşməyəcək. Nəşrin məlumatına görə, azad ediləcək məhbusların üçdə biri qeyri-leqal miqrantlardır. Onlar azad olunandan sonra deportasiya ediləcəklər.

Amnistiya haqqında xəbər hüquq-mühafizə orqanlarının nümayəndələrini narahat edib. Onların fikrincə, keçmiş məhbuslardan çoxu iş tapa bilməyəcək və təkrar cinayət törətməyə məcbur olacaqlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm