• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərəb dili ABŞ-da hegemon dilə çevrilir

  • Dünya
  • 8 Oktyabr 2015 07:38
  • 399 Baxış
Ərəb dili ABŞ-da hegemon dilə çevrilir

Ərəb dili Amerika Birləşmiş Ştatlarında ən çox yayılmış dilə çevrilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son vaxtlar həmin dildə danışan insanların ölkə vətəndaşları arasında üstünlük təşkil etməsi məlum olub.

Əhalinin qeydiyyatı şöbəsinin məlumatları göstərir ki, ərəb dilində danışan sakinlərin sayı digər dillərdə danışanlarla müqayisədə xeyli artıb. Faktlar urdu dilində danışanların sayının da artdığını göstərir.

Təkcə 2010-2014-cü illər ərzində ərəb dilində danışanlar 29, urdu dilində danışanlar isə 23 faiz artıb.

Ekspertlər bunun müsəlman ölkələrindən olan miqrantların çoxalması ilə əsaslandırırlar.

Hazırda bu ölkədə 63.2 milyon insan yaşayır ki, bunlardan hər 5 sakindən 1-i qeyri-ingilis dilində danışanlardır.

Qeyd edək ki, ABŞ-da ingilis dili əsas dil sayılır və bu siyahıda ikinci yerdə ispan dili qərarlaşır. Lakin ispan dilində danışanların sayı əsaslı şəkildə azalır.

Yeri gəlmişkən, ABŞ-da fars dilli sakinlərin sayının 9 faiz artdığı da məlum olub.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR