Bjezinski xəbərdarlıq etdi: “Rusiya cəzalandırıla bilər”
Bizi izləyin

Dünya

Bjezinski xəbərdarlıq etdi: “Rusiya cəzalandırıla bilər”

“Rusiya Suriyadakı addımlarına görə Amerika tərəfindən cəzalandırıla bilər”.

Publika.az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın keçmiş prezidenti Con Kennedinin milli təhlükəsizlik üzrə məsləhətçisi Zbiqnev Bjezinski çıxış edib.

Onun sözlərinə görə, Suriyada hücumlarını dayandırmasa, ABŞ Rusiyaya qarşı cavab addımları atmalıdır. Bjezinski ABŞ-ın Yaxın Şərqdəki etibarının qorunması və regionun taleyi üçün Vaşinqtonu “strateji cəsarət” nümayiş etdirməyə çağırıb.

“Regiondakı sabitlikdən heç danışmıram, Amerikanın regional maraqları və Amerika dostları zərər çəkəcək. Buna görə də strateji cəsarət göstərməyin vaxtı çatıb”, - Bjezinski vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm