ABŞ Konqresi Putinə görə kəşfiyyatçıları imtahana çəkəcək
Bizi izləyin

Dünya

ABŞ Konqresi Putinə görə kəşfiyyatçıları imtahana çəkəcək

ABŞ Konqresi Amerika kəşfiyyatının Rusiyanın Suriyada başladığı əməliyyatlarla bağlı nə dərəcədə məlumatlı olduğunu yoxlayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” xəbər agentliyi anonim mənbəyə istinadən bildirib.

“Kəşfiyyat proseslərin ciddiliyini qiymətləndirə bilmədi. Moskvanın Suriya münaqişəsinə müdaxiləsinin gözlənilməz olduğu barədə görüntü kəşfiyyatçıların səhvi idi”, - agentliyin həmsöhbəti deyib.

O, həmçinin xatırladıb ki, Vaşinqton Krımın Rusiyaya birləşməsini də proqnozlaşdırmırdı.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol da əlavə edib ki, Amerika xüsusi xidmət orqanları Rusiyanın Suriyada belə tez işə başlayacağını gözləmirdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm