NATO-dan Rusiyaya xəbərdarlıq: “Biz Gürcüstana verdiyimiz sözü yerinə yetiririk”
Bizi izləyin

Dünya

NATO-dan Rusiyaya xəbərdarlıq: “Biz Gürcüstana verdiyimiz sözü yerinə yetiririk”

Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqdan imtina etməlidir.

Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq jurnalistlərə açıqlamasında söyləyib. Onun sözlərinə görə, əsas məsələ Gürcüstanın təhlükəsizliyini möhkəmləndirməkdir:

“Gürcüstan öz sərhədləri olan suveren ölkədir. Onun öz gələcəyini müəyyən etmək haqqı var. Rusiya hələ də Gürcüstan sərhədlərini pozur. Biz Uels sammitində Gürcüstana yardım paketi haqqında verdiyimiz sözü yerinə yetiririk”.

Qeyd edək ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş tutan müharibədən sonra Moskva tərəfindən tanınıb. Kreml həmçinin hər iki qondarma rejimlə müttəfiqlik haqqında müqavilə imzalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm