PKK-nın “poçtalyon”u tutuldu: plan pozuldu
Bizi izləyin

Dünya

PKK-nın “poçtalyon”u tutuldu: plan pozuldu

PKK terror təşkilatının “poçtalyon”u İstanbulda tutulub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, PKK-nın Mərmərə bölgəsindəki fəaliyyəti ilə bağlı hesabatları Qəndilə aparan Hakan. D. adlı şəxs Sabiha Gökçen hava limanında saxlanılıb.

PKK üzvündən təşkilata aid çoxlu sənəd və şifrəli rəqəmsal vəsaitlər götürülüb. Mütəxəssislərin şifrələrini açdığı rəqəmsal vəsaitlərdən PKK və onun gənclik qanadı YDG-H-ın İstanbul başda olmaqla Mərmərə bölgəsindəki gündəlik fəaliyyəti və həyata keçirilən terror aktları ilə bağlı xüsusi hesabatlar çıxıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm