Faciənin qurbanları artır: 253 ölü, 374 itkin
Bizi izləyin

Dünya

Faciənin qurbanları artır: 253 ölü, 374 itkin

Mərkəzi Amerikada yerləşən Quatemalada ötən həftə leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı artmaqda davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Təbii Fəlakətlər Agentliyinin (CONRED) başçısı Alexandro Maldonado ölənlərin sayının 253-ə çatdığını bildirib.

Daha 374 nəfərdən isə hələ xəbər yoxdur. Fəlakətin baş verdiyi Cambray bölgəsi CONRED tərəfindən 2008-ci ildən bu yana yüksək riskli ərazi hesab olunur. CONRED ötən ilin noyabrında bölgədə araşdırmalar aparmış və torpaq sürüşməsinin baş verə biləcəyi barədə xəbərdarlıq etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm