• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Putin Merkel ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib

  • Dünya
  • 16 Mart 2014 19:15
  • 388 Baxış
Putin Merkel ilə telefonla Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkel ilə telefonla Ukraynadakı vəziyyəti, Krımda bazar günü keçən referendumu və vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.


Putin həmin söhbət zamanı diqqəti ona yönəldib ki, Krım əhalisinin iradəsi BMT nizamnaməsinə əsasən, beynəlxalq hüquq normalarına tam uyğun olaraq keçirilir. Rusiya prezidenti həmçinin vurğulayıb ki, Rusiya Krım sakinlərinin seçiminə hörmətlə yanaşacaq.

"Rusiya prezidenti Kiyev hökumətinin səhlənkarlığı üzündən Ukraynanın şərq və cənub-şərq bölgələrində radikal qruplaşmalar tərəfindən gərginliyin yaratması ilə əlaqədar yenidən narahatlığını bildirib", - Kremlin mətbuat xidməti xəbər verir.

Bundan başqa, Putin Merkel ilə vəziyyətin monitorinqi üçün Ukraynaya ATƏT-in miqyaslı missiyasının göndərilməsinin mümkünlüyünü müzakirə edib.

mçinin Almaniya kansleri Soçidə Paralimpiya oyunlarının uğurlu keçirilməsi ilə əlaqədar Putini təbrik edib. /Trend/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR