Baş nazirin qalmaqallı - FOTOSU
Bizi izləyin

Dünya

Baş nazirin qalmaqallı - FOTOSU

Baş nazirin qalmaqallı - FOTOŞƏKLİ

İngiltərənin keçmiş baş naziri Toni Blerlə baş nazirlik etdiyi dövr media patronui Rupert Merdokun xanımı Uendi Denglə əlaqə yaşadığına dair çox iddialar səsləndirilmişdi. Sözügedən iddiaları dəstəkləyən o fotoşəkil ilk dəfə mətbuatda dərc olundu.

Publika.Az xəbər verir ki, Rupert Merdokla keçən il boşanan Uendi Dengin 2008-ci ildəki ad günü ziyafətinə aid fotoşəkli İngiltərədə günün mövzusu olub.

Fotoşəkillərdə Denglə Bler olduqca səmimi bir şəkildə lentə alınıb. Çox şən olan Uendi Deng həyat yoldaşı Rupert Murdokun ortaya çıxmasıyla bir anda Toni Blerlə olduqca rəsmi davranır və üzünü turşudur.

Fotoşəkil Uendi Dengin 40 yaşına çatdığı 2008-ci ildə Nyu Yorkda reallaşdırılan xüsusi bir ziyafətə aiddir. "Daily Mail"də dərc olunmuş fotoşəkildə ziyafətin əvvəllərində çəkilən kadrlarda həm Toni Blerin, həm də Uendi Dengin də üzündən gülüşlər əskik olmur. Çin əslli Uendi Deng 1999-cu ildə 30 yaşında olan 68 yaşlı Rupert Merdokla evlənmişdi. Cütlük keçən il boşanıb.

2005-ci ildə ingilis mətbuatında Toni Blerin tətildəykən çəkilən üst geyimsiz fotoşəkillərinə Uendinin verdiyi şərhlər çox müzakirə edilmişdi. Deng Bler üçün "Həqiqətən yaxşı bir bədən, həqiqətən gözəl qıçları var" demişdi.

İsmayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm