Donanma müharibəyə qoşulur: 7 NATO gəmisinə qarşı 8 rus gəmisi
Bizi izləyin

Dünya

Donanma müharibəyə qoşulur: 7 NATO gəmisinə qarşı 8 rus gəmisi

Türkiyənin cənub sərhədləri üzərində artan Rusiya-NATO gərginliyi davam edərsə, hava hücumları ilə yanaşı, hərbi donanmanın da döyüşə atılacağı gözlənilir.


Publika.az xəbər verir ki, Türkiyənin “Radikal” qəzeti bu ehtimaldan çıxış edərək Aralıq dənizinin Suriya sahillərində kimin hərbi donanmasının daha güclü olduğunu araşdırıb.


Dənizdə Rusiyaya məxsus hərbi gəminin sayı 8, Türkiyənin isə 4-dür. Ümumilikdə 4 türk gəmisi ilə yanaşı, iki ABŞ və bir Fransa gəmisi ilə NATO-nun gücü 7 hərbi gəmi ilə məhdudlaşır.


Rusiyanın gücü

Rusiyanın hərbi gəmilərinin üçü desantçıxarma gəmisidir. Yəni bu gəmilərdə sırf şəxsi heyət cəmləşib. Bununla yanaşı, 1 kreyser, 1 hücum, 2 dəstək gəmisi və 1 tanker var.


NATO-nun gücü

7 NATO gəmisində əsas güc Türkiyənin payına düşür. Türkiyə istehsalı olan 2 korvet, bir hücum və bir dənizaltı gəmi var. ABŞ-ın 1 kreyser və 1 tankeri, Fransanın isə 1 freqatı mövcuddur.

Qəzet yazır ki, Suriyadakı qarşıdurma genişləndikcə müharibəyə dəniz donanması da qoşula bilər.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm