Türkiyə F-16-ları havaya qaldırdı
Bizi izləyin

Dünya

Türkiyə F-16-ları havaya qaldırdı

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri havaya qaldırılıb. Türkiyənin 2 qırıcı təyyarəsi Suriyaya məxsus 2 Su-24 təyyarəsinin Hataya yaxınlaşmasından sonra hərəkətə keçib. F-16-lar havaya qaldırıldıqdan sonra Su-24-lər Türkiyə sərhədinə 2,2 dəniz

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri havaya qaldırılıb. Türkiyənin 2 qırıcı təyyarəsi Suriyaya məxsus 2 Su-24 təyyarəsinin Hataya yaxınlaşmasından sonra hərəkətə keçib. F-16-lar havaya qaldırıldıqdan sonra Su-24-lər Türkiyə sərhədinə 2,2 dəniz mili məsafədən geri dönərək Suriyanın içərilərinə çəkiliblər.

Qeyd edək ki, bu məlumat Türkiyə Müdafiə Nazirliyi Baş Qərargahının internet səhifəsində yer alıb.

Xatırladaq ki, Türkiyə qırıcıları ötən həftə də hava həyəcanı ilə bir neçə dəfə havaya qaldırılmışdı. Buna səbəb Rusiya təyyarələrinin Türkiyə hava sərhədi yaxınlığından keçməsi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm