• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Məşhur şirkət işçilərin yarısını ixtisar edəcək

  • Dünya
  • 12 Oktyabr 2015 10:39
  • 387 Baxış
Məşhur şirkət işçilərin yarısını ixtisar edəcək

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri “Twitter”gəlirlərinin azalması və xərclərinin artması səbəbindən işçilərini ixtisar etməyə hazırlaşır.

Publika.az xəbər verir ki, şirkətin qurucusu Jak Dorsey yenidən rəhbər olandan sonra şirkətdə ciddi qənaət tədbirləri ehtiva edən əməliyyata başlayıb.

35 fərqli ölkədə 4100 işçisi olan “Twitter” təxminən onların yarısını ixtisar etməyi planlaşdırır.

Qeyd edək ki, bir müddət əvvəl Jak Dorsey şirkətin imkanlarını genişləndirmək üçün icra heyəti başçısı Dik Kastollo ilə yollarını ayıraraq şirkəti təkbaşına idarə etməyə başlayıb.

“Twitter”in son yayımlanan hesabatında xərclərin 37% artaraq 633 milyon dollara çatdığı göstərilib.

Artıq şirkətin reklam bazarında da payı azalıb. Jak Dorseyin təkrar kapitan kreslosuna keçməsi ilə “Twitter” hissələrinin yüksəldiyi bildirilib. O, qısa zamanda şirkəti bu vəziyyətdən xilas edəcəyini bəyan edib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR