• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

ABŞ Türkiyənin düşmənini müharibəyə hazırlayır

  • Dünya
  • 13 Oktyabr 2015 08:32
  • 904 Baxış
ABŞ Türkiyənin düşmənini müharibəyə hazırlayır

PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-ə yaxınlığı ilə tanınan qruplar “Suriya Demokratik Gücləri” adı altında birləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə YPG-nin (PYD-nin hərbi qanadı) sözçüsü Polad Can “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, YPG və YPJ (YPG-nin qadınlardan ibarət qrupu), həmçinin Suriya ərəb koalisiyasını təşkil edən “Ceyş əl-Suvar”, “Burkan əl-Firat”, “Əl-Sanadid”, “Əl-Cəzirə” briqadaları və Süryani Hərbi Şurası "Suriya Demokratik Gücləri”ndə təmsil olunacaq.

PYD-ə yaxınlığı ilə tanınan kürd və ərəb qrupların birləşərək yeni güc yaratması ABŞ prezidenti Barak Obamanın Suriya “təlim-təchiz” proqramını ləğv etməsi ilə eyni dövrə təsadüf etməsi diqqət çəkir.

“Suriya Demokratik Gücləri”ndə təmsil olunan “Ceyş əl-Tuvar” “təlim-təchiz” proqramından ayrıldıqdan sonra Afrin və Kobanidə PYD ilə birlikdə hərəkət edir. “Əl Sanadid” və “Əl-Cəzirə” briqadaları Hasekedə İŞİD-ə qarşı rejim qüvvələri və PYD ilə birgə döyüşür.

“Burkan əl-Fırat” Kobani və Tel-Abyadda PYD ilə ittifaq qurub, Süryani Hərbi Şurası YPG-yə bağlı briqadalarla birlikdə hərəkət edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR