Ramzan Kadırovdan “referendum“ təbriki
Bizi izləyin

Dünya

Ramzan Kadırovdan “referendum“ təbriki

"Referendumun uğurlu keçməsi" münasibətilə Krımın baş naziri Sergey Aksenovu təbrik edib.

"Referendumun uğurlu keçməsi" münasibətilə Krımın baş naziri Sergey Aksenovu təbrik edib.

Kadırov bu barədə Instagram sosial şəbəkəsindəki səhifəsində yazıb.

Kadırov qeyd edib ki, krımlıların yarıdan çoxu səsvermədə iştirak edib, proses zamanı isə qanun pozuntuları baş verməyib: "Mən indicə Sergey Aksenovla telefonda danışdım. Şəxsən onu və yarımadanın bütün əhalisini Krımın öz tarixi vətənlərinə - Rusiyaya qaytarılması münasibətilə təbrik etdim", - Kadırov yazıb.

O, telefon danışığı zamanı Aksenovu Çeçenistana dəvət etdiyini, eyni zamanda onunla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etdiyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm