Hüsnü Mübarəkin oğulları azadlığa buraxıldı
Bizi izləyin

Dünya

Hüsnü Mübarəkin oğulları azadlığa buraxıldı

Misir məhkəməsi ölkənin keçmiş prezidenti Hüsni Mübarəkin oğulları barədə qərar qəbul edib.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Qahirə Cinayət Məhkəməsi Alya və Qamal Mübarək qardaşlarını azad edib.

Məhkəmənin qərarına əsasən, qardaşların həbsxanada keçirdikləri müddət onların cəza çəkəcəkləri vaxtı ötüb.

Qeyd edək ki, Alya və Qamal Mübarək qardaşları 2011-ci ilin aprelində - Hüsnü Mübarəkin istefasından 3 ay sonra saxlanılıb. Onlar atası ilə birlikdə mühakimə olunublar. Ata və oğulları xəzinədən böyük məbləğdə oğurluq etməkdə və bu pulları prezident saraylarının bərpasına istifadə etməkdə ittiham olunub.

2015-ci ilin mayında onlar üç il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm