İŞİD Türkiyə vətəndaşlarını cihada çağırdı – VİDEO
Bizi izləyin

Dünya

İŞİD Türkiyə vətəndaşlarını cihada çağırdı – VİDEO

İŞİD terror təşkilatının sıralarında vuruşan Türkiyə vətəndaşlarının videomüraciəti yayılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, videoda danışanlar türkləri cihada və İŞİD-ə qatılmağa dəvət edirlər.

“Harada olursansa ol, gəlin bizə qatılın. Bunu edə bilməyəcək vəziyyətdəsinizsə, olduğunuz ölkələrdə ayağa qalxın”, - videomüraciətdə deyilir.

Terror təşkilatına yaxın internet saytlarında paylaşılan video 8 dəqiqə 45 saniyə davam edib. Videoda iki nəfər danışır, digərləri onu dinləyir. Yüksək keyfiyyətdə çəkilən videoda İŞİD üzvlərinin sahib olduğu silahlar diqqət çəkir. Əllərində Amerika istehsalı “M-16” piyada tüfəngləri olan türklər özlərini “İslam Dövlətinin Cəzire vilayətinin türk mücahidləri” adlandırırlar.

İŞİD-in üzvləri videomüraciətində Türkiyə hökumətini “tağut” (Allahın hökmünü tanımayan) adlandırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm