Dəməşqdə Rusiya səfirliyi artilleriya atəşinə tutuldu
Bizi izləyin

Dünya

Dəməşqdə Rusiya səfirliyi artilleriya atəşinə tutuldu

Bu gün səhər saatlarında Rusiyanın Dəməşqdəki səfirliyi artilleriya atəşinə məruz qalıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, atəş Suriyanın müxalifət silahlıları qrupları tərəfindən edilib.

Diplomatik nümayəndəliyin əməkdaşı bildirib ki, artilleriya mərmilərindən biri səfirliyin binasının içinə düşüb. Amma diplomatik missiyanın əməkdaşları arasında zərərçəkən yoxdur. Səfirliyin binasına ciddi maddi ziyan vurulub.

Məlumata görə, hadisə baş verən vaxt səfirliyin binası qarşısında Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatlara dəstək aksiyası keçirilirmiş.

Bu, Dəməşqdə Rusiya səfirliyinə edilən ilk hücum deyil.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm