Krım tatarları yenidən sürgün olunacaq? - Perspektiv
Bizi izləyin

Dünya

Krım tatarları yenidən sürgün olunacaq? - Perspektiv

“Rus əsgərlərini görən xalqımız soyqırımı, sürgünü xatırlayır”

Ukraynanın Krım regionunda Ukraynadan ayrılaraq Rusiyaya birləşməyə dair referendum keçirildiyi bir vaxt Krım Tatar Milli Məclisinin üzvü Əbdülrəhman Egiz “Amerikanın Səsi”nə müsahibəsində Krımda vəziyyətin kritik olduğunu bildirib.

Publika.Az – ın radioya istinadən verdiyi məlumata görə, hazırda Krımda olan Ə.Egiz Krım tatarlarının referendum tanımadığını və səsvermədə iştirak etmədiyini söyləyib.

“Bunun bir neçə səbəbi var. Birincisi, bu “referendum” Ukrayna Konstitusiyasına ziddir. İkincisi, Krım parlamenti referendum qərarını silahlıların, terrorçuların basqısı altında olan zaman qəbul edilib. Üçüncü səbəb isə, bizim üçün ən önəmli səbəblərdən, – Krım tatar xalqı, Krımda kökənli xalqdır. Soyqırım və sürgün səbəblərindən azlığa düşmüşük. Krımın gələcəyi yalnız Krımda riyazi üstünlüyə malik çoxluq tərəfindən deyil, Krımın kökənli xalqının razılığı ilə müəyyən edilməlidir”, - deyə Ə.Egiz bildirib.

Hazırda regionda vəziyyətin çox kritik olmasına baxmayaraq, xalqı təmkin göstərməyə çağırdıqlarını bildirən Krım Tatar Milli Məclisinin üzvü qeyd edib ki, xalqı bu məsələnin beynəlxalq bir problemə çevrildiyinə inandırmağa çalışırlar: “Xalqımızı sakit saxlamaq çox çətindir. Onlar etiraz nümayişlərinin təşkilini tələb edir. Krımda rus əsgərlərini görən xalqımız soyqırımı, sürgünü xatırlayır. Xalqımız yaşadıqları qəsəbələri səhərədək qoruyurlar”.

Krım Tatarları Məclisinin üzvü deyir ki, Krım referendumla Rusiyaya birləşsə, tatar xalqı dünya ictimaiyyətinin təcili yardımını gözləyəcək. “Çünki hər an faciəli vəziyyət yarana bilər”, – deyə Ə.Egiz bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm