Dərisi qızıldan baha insanlar – onlara hər an hücum edirlər – FOTOLAR
Bizi izləyin

Dünya

Dərisi qızıldan baha insanlar – onlara hər an hücum edirlər – FOTOLAR

Fotoqraf Erik Lyaforq Tanzaniyada yaşayan albinos uşaqların faciəli həyatını ekranlaşdıran sənədli filmi lentə alıb. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sümükləri, dəriləri qızıldan baha olan bu uşaqlardan bəziləri cadugərlərin, bəziləri quldurların hücumlarına məruz qalıb.

Lyaforq uşaqların qorunduğu “Under the Same Sun” xeyriyyə təşkilatına gedərək 24 saat mühafizə olunan uşaqların fotolarını çəkib.

Qeyd edək ki, onları ancaq mühafizə dəstəsinin müşayiəti ilə küçəyə buraxırlar.

Tanzaniyada albinosların dərisi qızıldan bahadır. Cadugərlər onların burun, barmaq, qulaq və dillərindən “tilsim”, “dərman” hazırlamaq üçün istifadə edirlər. Guya albinosların dərilərindən hazırlanan bu dərmanlar xoşbəxtlik gətirir. Həmin səbəbdən də bəziləri albinoslara hücum edərək onların orqanlarını kəsib istifadə edirlər.

2000-ci ildən bu günə kimi ölkədə 76 albinos ölümü qeydə alınıb. Amma bu rəqəmin də reallığı əks etdirmədiyi, ölüm statistikasının bundan çox olduğu bildirilir.

Vəziyyət o həddə çatıb ki, hətta ölkə prezidenti Cakayya Kikvete də albinoslara hücumu Tanzaniya üçün böyük rüsvayçılıq adlandırıb.

Orta aylıq əmək haqqının cəmi 40 dollar olduğu bu ölkədə albinosların qiyməti 500-75 min dollar arasındadır. Təkcə bu fakta diqqət etdikdə albinoslara hücumun səbəbləri məlum olur.

Fotoqrafın bu uşaqlarla söhbəti zamanı 14 yaşlı Emmanuel Festo bildirib ki, o, hücuma ögey anasının iştirakı ilə məruz qalıb. Onun bir qolunu və digər qolunun barmaqlarını kəsiblər. Emmanuel bununla yanaşı, 4 dişini də itirib, habelə dilindən xəsarət alıb.

Bütün bunlara baxmayaraq, rəsm çəkməyi sevən Emmanuel böyüyəndə baş nazir olmağı, ölkəsinə xidmət etməyi arzulayır.

Kabula Nqaranko da bəzi orqanlarından məhrum olan albinoslardandır. Cinayətkarlar 12 yaşlı uşağın qolunu kəsiblər. Bu səbəbdən də o, gecələr anası ilə yatır. Ən böyük arzusu hüquqşünas olmaq, digər albinosları müdafiə etməkdir.

Altı yaşlı Barak Kosmasın həyat hekayəsi isə daha faciəlidir. Onun qolunun kəsilməsi ilə nəticələnmiş cinayət işində 17 nəfər şübhəli bilinir. Təəssüf doğuran budur ki, onun atası və kiçik qardaşı da cinayətkarların arasında olub. Cinayətkarlar onun qolunu kəsərək 5000 dollara satıblar.

11 yaşlı Mviqulu Matonanq da ona edilən vəhşiliyi unuda bilmir: “Qolumu kəsdilər və onu murdar əskiyə bükərək aradan çıxdılar.

Kabula Nqaranqo isə qolundan anasının yanında yatarkən məhrum olub.

17 yaşlı Kulva Lusana qolunu 2001-ci ildə itirib. Cinayət vaxtı o, hücum edənlərdən birini tanıyıb. Bu şəxs onun dayısı imiş: “Qolumu kəsəndə ağrı hiss etmirdim. Onlar getdikdən sonra ağrı elə ağır oldu ki, qışqırmağa başladım.

32 yaşlı albinos Məryəm adlı ana 2008-ci ildə qolu ilə yanaşı körpəsini də itirib.

Məryəmin bacısı Ceniferin isə 16 yaşı var. O, cinayətkarların geri qayıdacağından qorxaraq iki həftə meşədə gizlənib. Cenifer orada hücuma məruz qalmayan yeganə albinosdur.

14 yaşlı Adam Robert üç barmağını ögey anasının da iştirak etdiyi hücum zamanı itirib. Sağ qalmış uşaq hücumda atasının və böyük qardaşının da iştirak etdiyini deyib. Qonşular bu faktı təsdiqləyib və cinayətkarlar həbs ediliblər. O, “mən heç vaxt ailəmə qayıtmayacam” deyir.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm