ABŞ təyyarələri PKK-ya silah yağdırdı - FOTO
Bizi izləyin

Dünya

ABŞ təyyarələri PKK-ya silah yağdırdı - FOTO

ABŞ PKK terror təşkilatının Suriyadakı qanadı PYD-nin silahlı gücü YPG-ə növbəti silah yardımını edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ yük təyyarələri ilə YPG-yə 28 konteyner dolusu silah çatdırıb.

Bir başqa məlumata görə, PKK PYD vasitəsilə ABŞ-dan “Stinger” raketləri almağa çalışır. “Stinger” alçaqdan uçan təyyarə və vertolyotlara qarşı istifadə edilən, bir nəfər tərəfindən daşına bilən havadan müdafiə sistemidir. ABŞ-ın bu müraciətə necə cavab verəcəyi hələ məlum deyil.

PYD ABŞ-a müraciətində silahların Əsəd rejiminin müdafiə olunmaq üçün lazım olduğunu bildirib. Deyilənə görə, PYD-nin üzərindən PKK-ya veriləcəyi halda, “Stinger” raketlərindən Türkiyənin döyüş təyyarələrinə qarşı istifadə ediləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm