Dünya
Minlərlə İran əsgəri və “Hizbullah” Hələbdə: “Böyük hücum” başlayır
Livanın “Hizbullah” qruplaşmasının döyüşçüləri və minlərlə İran əsgəri quru əməliyyatında iştirak etmək üçün Suriyanın Hələb vilayətinə gəlib.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, əməliyyata Rusiya aviasiyası dəstək verəcək.
Qeyd edək ki, dünən “Haaretz” nəşri də analoji iddia ilə çıxış edib. İddiaya görə, Rusiya Suriyada cəbhənin sabitləşməsi ilə kifayətlənməyəcək və ölkənin şimalında böyük hücuma başlayacaq.
“Planın müvəffəqiyyətli icrası halında biz minlərlə İran hərbçisi, “Hizbullah” döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatları görəcəyik. Ötən həftə bütün dünya Suriya ərazisindəki terror qruplaşmalarının Xəzər dənizindən qanadlı raketlərlə vurulmasını izlədi. Bununla da ruslar hava zərbələri seriyasından sonra əməliyyatlara yeni silahı daxil etdilər. Rusiya göstərdi ki, sağ qalmaq üçün vuruşan Bəşər Əsədi himayə etmək üçün raketləri minlərlə kilometr uzaqdan heç bir tərəddüdsüz buraxmağa hazırdır”, - nəşr yazıb.
“Haaretz” qeyd edir ki, bütün bunlar ümumi mənzərənin yalnız bir hissəsidir: “Rusiyanın böyük hücum planının təfərrüatları tədricən görünür. Hazırkı mərhələdə yalnız hava zərbələri ilə “Hizbullah” döyüşçüsü və hökumət qoşunlarının iştirak etdiyi əməliyyatlar keçirilir. Rusiyanın hədəfi sahil bölgəsinin tamamilə Əsədin nəzarəti altına qaytarılmasından ibarət deyil. Bu ərazi ölkənin yalnız dörddə birini tutur. Əsəd Rusiyanın dəstəyinə söykənərək böyük planın həyata keçirilməsinə cəhd edir. Sahil bölgəsinin qaytarılmasından sonra rejim şimalda Türkiyə ilə sərhəd zolağı tutmağa çalışacaq. Bura Hələb şəhəri də daxildir”.
Ömər Dağlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!