Partlayışı onlar törədib: Ankaradakı kamikadzelərin adları açıqlandı – VİDEO
Bizi izləyin

Dünya

Partlayışı onlar törədib: Ankaradakı kamikadzelərin adları açıqlandı – VİDEO

Oktyabrın 10-da Ankarada terror aktı törədənlərin kimliyi müəyyənləşdirilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, terror aktını törədənlərdən birinin Yunus Əmrə Alagöz olduğu müəyyənləşdirildikdən sonra ikinci kamikadzenin axtarılanlar siyahısında olan Ömər Dəniz Dündar olduğu məlum olub.

İki kamikadzenin ayrı avtomobillərlə Qaziantepdən gəldikləri, partlayıcıların adı və soyadı tam açıqlanmayan Y.Ş. tərəfindən hazırlandığı müəyyən edilib. Yunus Əmrə Alagöz “Ford Focus”, Ömər Dəniz Dündar isə “Citroen” markalı avtomobillə gəlib. Avtomobillərin sahibləri və Y. Ş. Qaziantepdə saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm